Azərbaycan millisinin futzalçıları Belçika klubu ilə anlaşıblar
“Araz-Naxçıvan” futzal klubundan ayrılan Xətai Bağırov və İsa Atayev karyeralarını Belçikada davam etdirə bilərlər.

O, “Futsal Beşiktaş Gent” klubu ilə şifahi razılıq əldə olunduğunu bildirib: “1+1 illik müqavilə şərtlərində anlaşdıq. Sadəcə, viza məsələsinə görə ölkə xaricinə yollanmağımız gecikəcək”.

Hazırda minifutbol üzrə “İnter” komandasının baş məşqçisi olan 36 yaşlı futzalçı sənədləri hazır olana kimi burada işləyəcəyini söyləyib: “Transfer pəncərəsi açılana qədər “İnter”də qalacağam. Ayağımda zədə var idi, yavaş-yavaş düzəlir. Əgər Belçikaya getmək alınmasa, ya burada qalacağam, ya da başqa təklifləri dəyərləndirəcəyəm. Çünki hazırda “Zirə” klubu da mənimlə yaxından maraqlanır”.

Qeyd edək ki, Xətai Bağırovla İsa Atayev 2022-ci ildə də “Futsal Beşiktaş Gent” klubunun formasını geyiniblər.

Xəbər 133 dəfə oxundu.