Qadın voleybolçuların Yüksək Liqasında ilin ilk oyunlarının proqramı açıqlanıb
Yanvarın 9-da qadın voleybolçuların Yüksək Liqasında ikinci dövrənin VIII turuna iki oyunla start veriləcək.

Günün ilk qarşılaşması saat 15:00-da “Abşeron” və “Milli Aviasiya Akademiyası” komandaları arasında olacaq.

Ardınca saat 17:00-da “Murov Az Terminal”la “Azərreyl” üz-üzə gələcək.

Qeyd edək ki, hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Xəbər 141 dəfə oxundu.