“Neftçi” bu gün Türkiyədə ilk yoxlama oyununu keçirəcək
Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” klubu bu gün ilk yoxlama oyununu keçirəcək.

Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda “Erzurumspor” ilə qarşılaşacaq.

Türkiyə təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. “Neftçi” yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bir oyun keçirəcək.

Yanvarın 13-nə nəzərdə tutulan sınaq matçındakı rəqib hələ müəyyənləşməyib.

Xəbər 156 dəfə oxundu.