EEVZA: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi bu gün Litvanın Şaulyay şəhərində start götürəcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxacaq.

Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Estoniya yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Komanda növbəti günlərdə Latviya, Ukrayna və Polşa ilə də görüşəcək.

Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbər 120 dəfə oxundu.