“Neftçi”nin Antalyadakı ilk rəqibi bəlli olub
“Neftçi” futbol klubunun Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında ilk yoxlama oyunu keçirəcəyi rəqibin adı məlum olub

“Ağ-qaralar” yanvarın 6-da Türkiyənin 1-ci liqa təmsilçisi “Ərzurumspor” komandası ilə üz-üzə gələcək.

Bakı klubunun yanvarın 13-nə nəzərdə tutulan digər yoldaşlıq görüşündə qarşılaşacağı rəqibin adı isə hələ məlum deyil.

Qeyd edək ki, “Neftçi” yanvarın 4-dən 14-dək Antalyanın Belek bölgəsində hazırlıq keçəcək.

Xəbər 113 dəfə oxundu.