Azərbaycan idmançılarının yanvar ayı üçün reytinq cədvəli məlum olub
Azərbaycan Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2023-cü ilin yanvar ayının reytinq cədvəlini açıqlayıb.

Siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova liderlik edir. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 540 xalla ikincidir. 360 xal toplayan cüdoçu Zelim Kotsoyev isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Xəbər 162 dəfə oxundu.