EEVZA çempionatında iştirak edəcək Azərbaycan millisi Litvaya yollanıb
Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək 20 yaşadək qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərinə yola düşüb.

Şahin Çatmanın rəhbərlik etdiyi komanda Latviya, Ukrayna, Estoniya, Polşa və ev sahibi ilə üz-üzə gələcək.

Yığmamız ilk matçını yanvarın 3-də Estoniyaya qarşı keçirəcək.

Qeyd edək ki, 3-7 yanvar tarixlərində baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbər 154 dəfə oxundu.