Badminton üzrə Azərbaycan çempionatında 5 kateqoriya üzrə qaliblər müəyyənləşib | |
Azərbaycan Badminton Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən badminton üzrə Azərbaycan çempionatında 5 kateqoriya üzrə qaliblər müəyyənləşib. Dekabrın 26-da startı verilən yarışa yekun vurulub. Badmintonçular şəxsi, qoşa və qarışıq-qoşa üzrə ən yaxşıları müəyyənləşidiriblər. Mükafatçılar diplom və medallarla təltif olunublar. Şəxsi Kişilər: 1. Cahid Əlhəsənov, 2. Aqil Qəbilov, 3. Rəvan Niftəliyev. Qadınlar: 1. Həcər Nuriyeva, 2. Leyla Camalzadə. Qoşa Kişilər: 1. Aqil Qəbilov-Rəvan Niftəliyev, 2. Cahid Əlhəsənov-Rəvan Bağırov, 3. Kənan Rzayev-Məhəmmədəli Bayramlı. Qadınlar: 1. Həcər Nuriyeva-Nərmin Hüseynova, 2. Nigar Səmədova-Nigar Əliyeva, 3. Nəzrin Mehrəlizadə-Viktoriya Kumanyayeva. Qarışıq-qoşa 1. Cahid Əlhəsənov-Həcər Nuriyeva 2. Sərxan Bağırov-Leyla Camalzadə 3. Rəvan Niftəliyev-Nərmin Hüseynova |
|
Xəbər 158 dəfə oxundu. |
|
|