Voleybolçu qızlar arasında Azərbaycan birinciliyinə start verilib | |
16 yaşadək voleybolçu qızlar arasında Azərbaycan birinciliyinə start verilib. Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında təşkil olunan yarışın ilk günündə bir oyun keçirilib. Birinciliyin açılış matçında “Azərreyl-3” komandası “Azərreyl-1” ilə qarşılaşıb. Görüşün qalibi “Azərreyl-1” olub - 2:0. Növbəti oyunlar dekabrın 24-də AVF-nin və UNEC-in idman zallarında baş tutacaq. Qeyd edək ki, birincilikdə 18 komanda iştirak edir. Reqlamentə əsasən komandalar bir dövrədən ibarət olmaqla 2 qrupda mübarizə aparacaqlar. Daha sonra pley-off mərhələsi təşkil olunacaq. |
|
Xəbər 174 dəfə oxundu. |
|
|