Voleybolçu qızlar arasında Azərbaycan birinciliyi keçiriləcək
Dekabrın 23-də 16 yaşadək voleybolçu qızlar arasında Azərbaycan birinciliyinə start veriləcək.

Yarışda 18 komanda iştirak edəcək.

Reqlamentə əsasən, komandalar bir dövrədən ibarət olmaqla iki qrupda mübarizə aparacaqlar. Daha sonra pley-off mərhələsi təşkil olunacaq.

Birincilikdə mübarizə aparacaq komandalar qruplar üzrə aşağıdakı kimi bölünüb:

A qrupu: “Ryuga”, “Aura”, “Azərreyl-1”, “Azərreyl-3”, “Xarı Bülbül-2”, “Abşeron”, “Sumqayıt”, “Lokomotiv”, “Milli Aviasiya Akademiyası”.

B qrupu: “Azərreyl-2”, “Azərreyl-4”, “Xarı Bülbül-1”, “Dinamo”, “Murov Az Terminal”, “İlkin klubu”, “Xəzri”, “Zəngəzur”, “Bakı klubu”.

I turun oyunları
23 dekabr
A qrupu
11:00. “Azərreyl-3” - “Azərreyl-1”

24 dekabr
10:00. “Aura” - “Lokomotiv”
11:00. “Xarı Bülbül-2” - “Sumqayıt”
11:30. “Abşeron” - “Milli Aviasiya Akademiyası”

B qrupu
12:30. “Murov Az Terminal” - “Bakı klubu”
13:00. “Azərreyl-4” - “Xarı Bülbül-1”
14:00. “Zəngəzur” - “Dinamo”

Qeyd edək ki, görüşlər Azərbaycan Voleybol Federasiyasının və UNEC-in idman zalında keçiriləcək.

Xəbər 156 dəfə oxundu.