Azərbaycanın MMA döyüşçüsü ardıcıl 10-cu qələbəsini qazanıb
Azərbaycanın MMA döyüşçüsü Süleyman Süleymanov növbəti döyüşünü keçirib.

70,3 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Tailandın paytaxtı Banqkokda təşkil olunmuş “ONE Friday Fight” yarışında rinqə çıxıb.

“Lumpini” arenasında baş tutan görüşdə rəqib qırğızıstanlı Nursultan Toktorov olub. İkinci raundda rəqibini məğlub edən S. Süleymanov peşəkar karyerası ərzində keçirdiyi 10-cu döyüşündə də qələbə qazanıb.

N. Toktorov isə ilk dəfə məğlubiyyət acısı yaşayıb.

Xəbər 144 dəfə oxundu.