Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb
Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb.

10 komanda beş iştirakçıdan ibarət iki qrupa bölünüb.

A qrupunda "Neftçi", "Xəzri", "Cəlilabad", "Xırdalan" və "Sumqayıt", B qrupunda "Sabah", "Gəncə", "NTD-İndiqo", "Sərhədçi" və "Şəki" yer alıblar.

Komandalar bir-biriləri ilə dairəvi sistemlə oynayacaqlar. Qruplarda ilk iki yeri tutanlar yarımfinala vəsiqə qazanacaqlar.

Xəbər 148 dəfə oxundu.