Cüdo üzrə Azərbaycan çempionatında daha 4 çəki üzrə qaliblər müəyyənləşib
Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən yarışın ikinci günündə 4 çəki dərəcəsində 90 cüdoçu medal uğrunda mübarizə aparıb.

Qadınlarda 52 və 70, kişilərdə isə 66 və 90 kiloqram çəki dərəcələrində qaliblər bəlli olub.

Qadınlar

52 kiloqram

1. Zeynəb Məmmədova

2. Nuray Quliyeva

3. Ayşə Qurbanlı

3. Fəridə Mirzəyeva

70 kiloqram.

1. Günel Həsənli

2. Pərvanə Abdullayeva

3. Səkinə Baxşıyeva

3. Aygül İsmayılova

Kişilər

66 kiloqram

1. Rəşad Yelkiyev

2. Tofiq Məmmədov

3. Zahir Ağazadə

3. Kamran Süleymanov

90 kiloqram

1. Elcan Hacıyev

2. Vüqar Talıbov

3. İbrahim Ağakişiyev

3. Şamil Tuncay

Qeyd edək ki, ölkə çempionatına sabah yekun vurulacaq.

Xəbər 141 dəfə oxundu.