Azərbaycan üzgüçüləri lisenziya yarışında finala yüksəliblər
Azərbaycan üzgüçüləri Serbiyanın Niş şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıblar.

Dünya çempionatına və Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov finala vəsiqə qazanıblar.

Onlar 50 və 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə həlledici mərhələyə adlayıblar.

Digər yarış isə Macarıstanın Kapoşvar şəhərində keçirilir. Yeniyetmələr arasında təşkil olunan həmin turnirdə Azərbaycan yığması 14 üzgüçü ilə təmsil olunub.

Xəbər 146 dəfə oxundu.