Azərbaycanın iki şahmatçısı Avropa çempionatında iştirak edir
Xorvatiyanın paytaxtı Zaqrebdə şahmatın rapid və blits növü üzrə Avropa çempionatı start götürüb.

İsveçrə sistemi ilə keçirilən turnirdə Azərbaycanı iki şahmatçı təmsil edir.

İki gün davam edəcək yarışda Rauf Məmmədov və Eltac Səfərli qüvvəsini sınayır.

Qeyd edək ki, Avropa çempionatında 500-ə yaxın şahmatçı mübarizə aparır.

Xəbər 160 dəfə oxundu.