Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək.

Yüksək Liqanın hər üç görüşü dekabrın 15-də baş tutacaq.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində əvvəlcə “Xarı Bülbül Şuşa” və MOİK komandaları qarşılaşacaqlar. Matç saat 14:00-da başlayacaq.

Ardınca saat 16:00-da “Xarı Bülbül Laçın” və “Azərreyl” kollektivləri üz-üzə gələcəklər. Günün son görüşü isə saat 18:00-da “Murov Az Terminal” və “Neftçi” komandaları arasında olacaq.


Xəbər 118 dəfə oxundu.