Həndbol üzrə Azərbaycan çempionatı: liderlər autsayderlərlə qarşılaşacaqlar
Həndbol üzrə kişi və qadınlar arasında 30-cu Azərbaycan çempionatlarında V turun təqvimi müəyyənləşib.

Oyunlar dekabrın 14-17-si aralığında keçiriləcək.

Kişilərin yarışında “Kür” - “İdman Akademiyası” görüşü “Kür” Olimpiya Tədris İdman Mərkəzində, digər qarşılaşmalar isə “AHF Arena” İdman Kompleksində baş tutacaq.

Qadınların çempionatında ilk 4 turda maksimum nəticə göstərən “Qarabağ” autsayderlər zonasında qərarlaşan “Bakı”nı sınağa çəkəcək. Eyni xalla 2-3-cü yerləri bölüşdürən “Azəryol”la “Kür” münasibətlərini aydınlaşdıracaqlar.

Kişilərin liqasında isə itkisiz irəliləyən lider “Kür” aşağı pillələrdə yer alan “İdman Akademiyası” komandası ilə üz-üzə gələcək.

Qadınlarda “Azəryol” - “Kür”, kişilərdə isə “Bakı” - “Azəryol” matçları Azərbaycan Həndbol Federasiyasının rəsmi feysbuk səhifəsində və yutub kanalında canlı yayımlanacaq.

Azərbaycan çempionatı
V tur

Qadınlar
14 dekabr
16:00. “İdman Akademiyası” - “Gənclər Birliyi”
17:30. “Qarabağ” - “Bakı”
16 dekabr
12:00. “Azəryol” - “Kür”
Xal durumu: “Qarabağ” - 8, “Azəryol”, “Kür” – 6, “İdman Akademiyası”, “Bakı” – 2, “Gənclər Birliyi” – 0.

Kişilər
16 dekabr
10:00. “Təhsil” - “Qarabağ”
14:00. “Bakı” - “Azəryol”
17 dekabr
14:00. “Kür” - “İdman Akademiyası”
Xal durumu: “Kür” - 8, “Bakı” – 6, “Qarabağ” – 4, “Azəryol”, “İdman Akademiyası” – 2, “Təhsil”, “Dinamo” – 0.

Xəbər 125 dəfə oxundu.