Cüdo üzrə Azərbaycan çempionatına qatılacaq idmançıların sayı açıqlanıb
Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək

Dekabrın 15-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə qadın və kişi cüdoçular arasında ölkə çempionatı keçiriləcək.

Üç gün davam edəcək yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq.

Azərbaycan çempionatında qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərlərindən 65 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 351 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Çempionatın ilk günündə qadınlar arasında 48 və 63 kiloqram, kişilər arasında 60 və 81 kiloqram, ikinci gündə qadınlar arasında 52 və 70 kiloqram, kişilər arasında 66 və 90 kiloqram, sonuncu gündə isə qadınlar arasında 57, 78 və +78 kiloqram, kişilər arasında isə 73, 100 və +100 kiloqram çəkilərdə qaliblər müəyyənləşəcək.

Xəbər 96 dəfə oxundu.