Nazirlik “Uğur” Milli mükafatına layiq görülüb
Martın 18-də “Buta” Palace-da illik «Uğur-2010» milli mükafatının təqimat mərasimi keçirilib. Mükafat təsisçilərinin rəyinə əsasən 29 laureat ötən il ərzində əhəmiyyətli nəticələrinə görə “Uğur” Milli mükafatına layiq görülüb. Laureatlar arasında ictimai xadimlər, həmçinin dövlət təşkilatları və özəl şirkətlər var idi.
Qeyd edək ki, Gənclər və İdman Naziriliyi gənclər və idman siyasətinin həyata keçirilməsində qazanılan nailiyyətlərə görə “Uğur” Milli mükafatına layiq görülüb.
«UĞUR-2010» mükafatının təşkilat komitəsinin sədri İbrahim Baharov Buta Palace sarayında keçirilmiş təqdimat mərasimindəki çıxışında laureatları şərh edərək deyib: «Bu mükafata, öz sektorunun flaqmanları olan və ölkəmizin inkişafına öz dəyərli töhfəsini vermiş təşkilatlar, şirkətlər, görkəmli şəxsiyyətlər layiq görülüblər.»
«Uğur» Milli mükafatı 2000-ci ildə Consulting&Business jurnalı tərəfindən təsis olunub. 1996-cı ildən etibarən nəşr olunan və iqtisadiyyat, hüquq və ölkədə özəl sahibkarlığın inkişafı ilə əlaqədar məsələləri işıqlandıran Consulting&Business jurnalı, azərbaycanlı iqtisadçılar, siyasətçilər, menecerlər və iş adamları tərəfindən aparıcı işgüzar nəşr qismində tanınıb.

Xəbər 2141 dəfə oxundu.