Minifutbol üzrə Azərbaycan çempionatı: son çempion 10:0 hesablı qələbə qazanıb
Minifutbol üzrə Azərbaycan çempionatında II tura start verilib.

İlk gündə 4 oyun keçirilib.

Son çempion “Birbaşa" (Bakı) “Atəşgah"ın (Suraxanı) qapısından 10 cavabsız top keçirib.

Turun digər 4 qarşılaşması (“Odlar Yurdu” – “Baku Fire”, “Veteran” – “Zirə”, “Turan” – “İnter”, “Qalaxy” – “Sumqayıt”) bu gün keçiriləcək.

Azərbaycan çempionatı

II tur

“Siyəzən” – “Aznur” 4:5

“Dinamo" (Gəncə) – “Dirçəliş” 2:1

“Birbaşa" (Bakı) – “Atəşgah" (Suraxanı) 10:0

“Abşeron” – “Real" (Bakı) 5:2

Xəbər 99 dəfə oxundu.