Voleybol üzrə Azərbaycan çempionatında növbəti turun oyun cədvəli açıqlanıb
Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatında VI turun oyun cədvəli açıqlanıb.

Dekabrın 13-də turun dörd görüşü keçiriləcək.

Qadın voleybolçuların mübarizəsində “Gəncə” doğma meydanda “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində isə “Abşeron” və “Murov Az Terminal” komandaları qarşılaşacaqlar. Matç saat 16:00-da başlayacaq.

Qadınların mübarizəsində turun daha bir qarşılaşması UNEC voleybol klubunun idman zalında baş tutacaq. Saat 19:00-da UNEC və “Azərreyl” üz-üzə gələcək.

Eyni gün kişi voleybolçuların Yüksək Liqasında da bir oyun oynanılacaq. Voleybol Mərkəzində “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları arasında baş tutacaq matç saat 18:00-da başlayacaq.

Xəbər 116 dəfə oxundu.