Azərbaycanın voleybol millisi Ukrayna və Polşa yığmaları ilə eyni qrupa düşüb
Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət komandası Litvanın Şaulyay şəhərində keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Yarışda ümumilikdə 6 ölkənin yığması mübarizə aparacaq. Azərbaycan millisi Latviya, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək.

“Avro-2024”ə seçmə xarakteri daşıyan turnirin reqlamentinə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Qeyd edək ki, turnir yanvarın 3-7-də baş tutacaq.

Xəbər 108 dəfə oxundu.