Azərbaycanın futzal millisinin Rumıniya və Niderlandla oyunlar üçün heyəti açıqlanıb
Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının elit-raund mərhələsində evdə Rumıniya, səfərdə isə Niderland yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Baş məşqçi Vitali Borisov iki görüş üçün nəzərdə tutulmuş təlim-məşq toplanışına 16 oyunçu dəvət edib.

Milli komanda dekabrın 11-dən 17-dək Bakıda, dekabrın 18-dən 20-dək isə Niderlandda hazırlıq keçəcək.

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan)

Oyunçular: Emil Həsənzadə, Xəzər Ağalızadə, Novruz Kazıxanov, Amadeu (hamısı “Araz-Naxçıvan”), Amir Şocayi, Fərid Atakişiyev, Ülvi Əliyev, Mirzə Əmirov (hamısı “Neftçi” İK), Tofiq Mikayılov, Oktay Rüstəmli, Nihad İsmayılov (hamısı “Baku Fire”), Rafael Vilela (“Anderlext”, Belçika), Hadi Ahmedi (“Aktobe”, Qazaxıstan), Felipinyo (“Kancil”, İndoneziya).

Qeyd edək ki, Azərbaycan yığması dekabrın 15-də Bakıda Rumıniya seçməsini qəbul edəcək, beş gün sonra isə Niderlandın qonağı olacaq.

Xəbər 103 dəfə oxundu.