Azərbaycanın qız basketbolçulardan ibarət U-16 millisi Türkiyədə toplanışa başlayıb | |
Azərbaycanın qız basketbolçulardan ibarət U-16 yığması Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start verib. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komanda gündə ərzində iki dəfə olmaqla məşqlərini davam etdirir. Yoxlama oyunlarında da iştirak edən U-16 bu gün ilk görüşünü yerli "Daçka Şerifali"nin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirib və 68-36 hesabı ilə qalib gəlib. Qeyd edək ki, dekabrın 19-dək davam edəcək hazırlıq prosesində yığmamız bir neçə yoxlama görüşlərində qüvvəsini sınayacaq. |
|
Xəbər 122 dəfə oxundu. |
|
|