Qadın badmintonçulardan ibarət Azərbaycan millisi tarixi qələbə qazanıb
Qadın badmintonçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində ilk qələbəsini qazanıb.

Heyətində Keişa Fatimə Zəhra, Leyla Camalzadə, Həcər Nuriyeva, Era Maftuha və Aysu Kərimzadə olan yığma Slovakiya seçməsinə 3:1 hesabı ilə qalib gələrək Şotlandiya və Estoniyanın da yer aldığı qrupda üçüncü olub.

Qrupun digər oyununda Şotlandiya Estoniyanı 5:0 hesabı ilə məğlub edərək Avropa çempionatının final mərhələsinə yüksəlib.

Xəbər 139 dəfə oxundu.