Azərbaycan badminton millisi Avropa çempionatının pley-off mərhələsində
Badminton üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatında pley-offa yüksəlib.

Kişi badmintonçulardan ibarət Azərbaycan milli komandası Çex Respublikasının paytaxtı Praqada keçirilən Avropa çempionatının təsnifat mərhələsində qrupda keçirdiyi ikinci oyunda İrlandiya seçmə kollektivini 3:2 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.

Komandamızın sabah keçiriləcək pley-off oyununda rəqibi Çex Respublikası-Avstriya cütünün qalibi olacaq.

Xəbər 133 dəfə oxundu.