Yüksək Liqada növbəti turun oyunlarının proqramı bəlli olub
Kişi voleybolçulardan ibarət ölkə çempionatında növbəti turun oyunlarının vaxtı və keçiriləcək məkanlar bəlli olub.

Qarşılaşmalar dekabrın 10-da keçiriləcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq ilk oyunda meydana “Murov Az Terminal” və “Xarı Bülbül Şuşa” komandaları çıxacaq. Görüş 15:00-da start götürəcək. Ardınca isə “Azərreyl” və “Xarı Bülbül Laçın” kollektivləri üz-üzə gələcək. Bu matç isə saat 18:00-da başlayacaq.

Xəbər 125 dəfə oxundu.