Stolüstü tennis üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
Stolüstü tennis üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib.

2005-2008-ci illər, 2009-cu il və ondan kiçik təvəllüdlü idmançıların qatıldığı mübarizədə iştirakçılar şəxsi, qoşa, qarışıq-qoşa və komanda növləri üzrə bacarıqlarını göstəriblər.

2005-2008-ci il təvəllüdlü oğlan və qızların komanda yarışları “Sumqayıt-1”in qələbəsi ilə nəticələnib. Şəxsi mübarizədən Aylin Əsgərova ilə Adil Əhmədzadə qalib ayrılıblar. Qoşa yarışlarda Mərziyyə Nurmətova – Arzu Aslanova, Adil Əhmədzadə - Rüstəm Hacılı tandemi, qarışıq-qoşa turnirdə isə Mərziyyə Nurmətova – Adil Əhmədzadə dueti qalib gəlib.

2009-cu il təvəllüdlü və ondan kiçik idmançıların komanda yarışları “Təhsil” kollektivinin qələbəsi ilə başa çatıb. Yağmur Məmmədli ilə Onur Quluzadə şəxsi mübarizədə bütün rəqiblərini üstələyiblər. Şəbnəm Mansurova ilə Aynur Ağayeva qızların, Şakir Qədirovla Tunar Bağırov oğlanların qoşa yarışında qələbə çalıblar. Qarışıq-qoşa turnir isə Onur Quluzadə - Yağmur Məmmədli tandeminin qələbəsi ilə nəticələnib.

Fərqlənən idmançılar Gənclər və İdman Nazirliyinin diplomlarına, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatlarına layiq görülüblər.

Xəbər 145 dəfə oxundu.