Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək
Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə növbəti Prezident Kuboku keçiriləcək.

Binə Atçılıq Mərkəzinin qapalı manejində təşkil olunacaq turnirdə Ağstafa və Ağcabədi rayonlarını təmsil edən klublarla yanaşı, Bakıdan da 6 komanda iştirak edəcək.

Ümumilikdə 8 komandanın qatılacağı yarışlarda 2 qrupda heyətlər güclərini sınayacaq. Dekabrın 15, 17 və 19-u qrup oyunları, dekabrın 21-i yarımfinal və dekabrın 23-də isə turnirin finalı olacaq. Qrup oyunlarının nəticələrinə əsasən hər iki qrupu 1 və 2-ci yerlərdə bitirən komandalar yarımfinala yüksələcək. Yarışlar bütün oyun günləri saat 10:00-da start götürəcək.

Turnirin püşkatması və mətbuat konfransı dekabrın 14-də saat 12:00-da “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq.

Xəbər 120 dəfə oxundu.