Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı müəyyənləşib
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı müəyyənləşib.

Vaxtı dəyişdirilmiş I turun 2 görüşü dekabrın 9-da baş tutacaq.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində əvvəlcə saat 15:00-da “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları üz-üzə gələcəklər.

Saat 19:00-da isə “Azərreyl”lə UNEC komandaları qarşılaşacaqlar. Bu görüş “Murov Az Terminal”ın idman zalında reallaşacaq.

Xəbər 113 dəfə oxundu.