Azərbaycan ağırlıqqaldıranı Qran-pridə qüvvəsini sınayıb | |
Azərbaycan ağırlıqqaldıranı Ömər Cavadov Qətərin paytaxtı Dohada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-prisində çıxış edib. İdmançı B qrupunda mübarizə aparıb. O, 73 kq çəki dərəcəsində toplam 312 kq (146+166) nəticə göstərib. Ö.Cavadovun yekun sıralamada tutduğu yer A qrupundakı çıxışlar bitəndən sonra bilinəcək. Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Qran-pridə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir. |
|
Xəbər 152 dəfə oxundu. |
|
|