AzTU tələbəsi dünya çempionatında gümüş medal qazanıb
Türkiyənin Bursa şəhərində Naim Süleymanoğlu adına İdman Kompleksində təşkil olunan Alpaqut Turan döyüş sənəti üzrə 4-cü dünya çempionatı başa çatıb. Çempionatda Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin 2-ci kurs tələbəsi Toğrul Zeynallı 55 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.

Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. Bildirilib ki, çempionatın ümumi nəticələrinə görə Azərbaycan komandası 3-cü yeri tutub.

Çempionatda 23 ölkənin yığma komandaları iştirak edib.

Xəbər 123 dəfə oxundu.