“Formula-1”: Gələn il Azərbaycan Qran-Prisində sprint yarışı olmayacaq
“Formula-1” üzrə 2024-cü il dünya çempionatında sprint yarışlarına ev sahibliyi edəcək ölkələr açıqlanıb.

Mövsümün ilk belə yarışı aprelin 19-21-də Çində Şanxay Qran-Prisində keçiriləcək.

Digər beş sprint yarışı ABŞ (2), Avstriya, Braziliya və Qətərdə təşkil ediləcək.

Bu il ilk dəfə analoji yarışı qəbul edən Azərbaycanda isə gələn il sprint olmayacaq.

Qeyd edək ki, 2024-cü il Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də baş tutacaq.

Xəbər 117 dəfə oxundu.