17 yaşadək badmintonçular arasında ölkə birinciliyində 5 kateqoriya üzrə qaliblər müəyyənləşib | |
Azərbaycan Badminton Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 17 yaşadək badmintonçular arasında ölkə birinciliyinə yekun vurulub. Yarışda 5 kateqoriya üzrə mükafatçılar müəyyənləşib. Mükafatçılar aşağıdakı kimi sıralanıb: Şəxsi Oğlanlar: 1. Sərxan Bağırov, 2. Hüseyn Mirələmov, 3. Əli Gözəlov. Qızlar: 1. Həcər Nuriyeva, 2. Leyla Camalzadə, 3. Fatimə Həsənzadə. Qoşa Oğlanlar: 1. Sərxan Bağırov - Əli Gözəlov, 2. Fazil Quliyev - Hüseyn Mirələmov, 3. Binnət Məmmədli - Ömər Teymurlu. Qızlar: 1. Həcər Nuriyeva - Nərmin Hüseynova, 2. Leyla Camalzadə - Mədinə Nağıyeva, 3. Fatimə Həsənzadə - Nigar Səmədova. Qarışıq qoşa 1. Sərxan Bağırov - Həcər Nuriyeva, 2. Əli Gözəlov - Leyla Camalzadə, 3. Fazil Quliyev - Nigar Səmədova. Qeyd edək ki, ilk 3 yerin sahibləri diplom və medallarla təltif olunublar. |
|
Xəbər 139 dəfə oxundu. |
|
|