Vüqar Həşimov Memorialının proqramı açıqlanıb
Sayca 9-cu dəfə təşkil olunacaq şahmat üzrə Vüqar Həşimov Memorialının proqramı məlum olub.

Iştirakçı şahmatçılar, Təşkilat Komitəsinin üzvləri, eləcə də qonaqlar dekabrın 7-də II Fəxri Xiyabanda Vüqar Həşimovun məzarını ziyarət edəcək. Sonra isə iti zəka sahibləri Qəbələyə yollanacaqlar.

Vüqar Həşimov Memorialının açılış mərasimi dekabrın 8-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində keçiriləcək. Açılışdan sonra rapid üzrə ilk turun oyunları baş tutacaq.

Yarışın ilk üç günü rapid, son gündə isə blits üzrə oyunlar olacaq. Bütün partiyalar turnirin rəsmi saytı ilə yayımlanacaq. Partiyaları Murad Həşimov və Kənan Qarayev şərh edəcəklər.

Qeyd edək ki, 9-cu Vüqar Həşimov Memorialının baş hakimi beynəlxalq qrossmeyster İlahə Qədimovadır.

Xəbər 125 dəfə oxundu.