Azərbaycanın daha bir paracüdoçusu Tokioda fəxri kürsüyə qalxıb
Paracüdo üzrə Azərbaycan yığması Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-pridə daha bir medal qazanıb.

73 kiloqram çəki dərəcəsində mübarizə aparan Namiq Abaslı üçüncü yer uğrunda görüşdə özbəkistanlı Feruz Sayıdovu məğlub edərək fəxri kürsüyə qalxıb.

J2 kateqoriyasında mübarizə aparan idmançı 2021-ci ildə Tokioda keçirilmiş Yay Paralimpiya Oyunlarında da üçüncü yeri tutmuşdu.

Qeyd edək ki, daha əvvəl Azərbaycan paracüdoçularından Vüqar Şirinli (60 kiloqram) və Şəhanə Hacıyeva (48 kiloqram) Qran-pridə gümüş medal qazanıblar.

Xəbər 137 dəfə oxundu.