Azərbaycan avarçəkəni nüfuzlu yarışın qalibi olub
Azərbaycan avarçəkəni Diana Dımçenko Monakoda şahzadə II Albertin şərəfinə təşkil edilən sahil avarçəkməsi üzrə “Çağırış Kuboku-2023” reqatasının qalibi olub.

O, qarışıq dörd nəfərlik qayıqda avstriyalı Maqdalena Lobrinq, ABŞ idmançıları Kris Bak və Kori Rocerslə birgə mübarizə aparıb. 4000 metr məsafəyə keçirilən yürüşlərdə D. Dımçenkonun komandası finiş xəttinə hamıdan birinci çataraq çempion olub.

Qeyd edək ki, sayca 18-ci dəfə təşkil edilən turnirdə 18 ölkədən 22 komandanın tərkibində 110 idmançı iştirak edib.

Xəbər 153 dəfə oxundu.