Böyük Dəbilqə: Hidayət Heydərov qızıl, Zelim Tçkayev bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.

73 kq çəki dərəcəsində çıxış edən Heydərov finalda yerli idmançı Soişi Haşimotoya qalib gəlib.

81 kq-dakı Zelim Tçkayev isə bürünc mükafata sahib çıxıb. O, Tacikistan təmsilçisi Somon Makhmadbekovu məğlub edib.

Xəbər 131 dəfə oxundu.