Azərbaycan Premyer Liqasında XV tura iki oyunla start verilir | |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək. İlk oyun günündə iki qarşılaşma keçiriləcək. "Araz-Naxçıvan" "Səbail"lə üz-üzə gələcək. Görüş saat 16:00-da start götürəcək. Paytaxt klubu 22 xalla 4-cü, Naxçıvan təmsilçisi 21 xalla 5-ci pillədə qərarlaşıb. İkinci matçda "Sumqayıt" "Turan Tovuz"un qonağı olacaq. Bu oyun saat 18:30-da başlanacaq. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 3-cü, meydan sahibləri 15 xalla 8-ci yerdədir. Azərbaycan Premyer Liqası XV tur 16:00. “Araz-Naxçıvan” – “Səbail” Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Namiq Əliyev “Dalğa Arena” 18:30 “Turan Tovuz” – “Sumqayıt” Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Yavər Rəhimov Tovuz şəhər stadionu Qeyd edək ki, turun digər matçları 3-4 dekabrda olacaq. |
|
Xəbər 109 dəfə oxundu. |
|
|