Qadın futbolçulardan ibarət Azərbaycan millisi B Liqasına yüksəlib | |
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. C Liqasında yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 3-cü qrupun V turunda Kiprin qonağı olub. Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. 9-cu dəqiqədə Diana Məmmədova fərqlənib. Beləliklə, xallarının sayını 13-ə çatdıran millimiz qrup liderliyini təmin edib və B Liqasına yüksəlib. Qrupun digər görüşündə Monteneqro Farer adalarını 9 cavabsız qolla üstələyib. |
|
Xəbər 130 dəfə oxundu. |
|
|