Azərbaycan ağırlıqqaldıranları Doha Qran-prisində iştirak edəcəklər
Dekabrın 4-18-də Qətərin paytaxtı Dohada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-pri yarışı keçiriləcək.

“Paris-2024” Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 500-ə yaxın atlet iştirak edəcək.

Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar. Qadınlardan Nazilə İsmayılova (49 kiloqram), kişilərdən isə Ömər Cavadov (73 kiloqram), Əli Şükürlü (102 kiloqram) və Dadaş Dadaşbəyli (109 kiloqram) medallar uğrunda mübarizə aparacaqlar.

Xəbər 111 dəfə oxundu.