Azərbaycanlı nümayəndə Avropa Həndbol Federasiyasından növbəti təyinat alıb
Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov yeni təyinat alıb.

Beynəlxalq dərəcəli nümayəndə kişi həndbolçulardan ibarət Avropa Kubokunun “Beşiktaş” (Türkiyə) – “Sesvete” (Xorvatiya) maçında iş başında olacaq.

O, həmin görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, yarışın 3-cü mərhələsinin cavab oyunu dekabrın 3-də İstanbulda keçiriləcək.

Xəbər 112 dəfə oxundu.