"Qarabağ" Norveçdə həlledici oyuna çıxır | |
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində həlledici oyuna çıxacaq. Ağdam təmsilçisi H qrupundakı beşinci matçında Norveçdə "Molde"nin qonağı olacaq. "Aker" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı belçikalı Erik Lambrexts idarə edəcək. Dörd turdan sonra "Qarabağ" 6 xalla qrup ikincisidir. Eyni xala malik "Molde" isə üçüncü pillədə qərarlaşıb. "Köhlən atlar" səfər matçında qalib gələcəyi halda, Avropa Liqasında ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanacaq. Əks-təqdirdə, bütün suallara son turda aydınlıq gələcək. Qrupun digər matçında isə Almaniya "Bayer"i İsveçdə "Hekken"in qonağı olacaq. UEFA Avropa Liqası Qrup mərhələsi, V tur 30 noyabr 00:00. "Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan) Baş hakim: Erik Lambrexts (Belçika) Molde, "Aker" stadionu. Xal durumu: "Bayer" - 15, "Qarabağ" - 6, "Molde" - 6, "Hekken" – 0. |
|
Xəbər 126 dəfə oxundu. |
|
|