Futbol üzrə U-17 dünya çempionatında finalçılar bəlli olub
İndoneziyada 17 yaşadək futbolçular arasında keçirilən dünya çempionatının finalçıları müəyyənləşib.

Həlledici oyunda Almaniya və Fransa yığmaları qarşılaşacaqlar.

Yarımfinalda almanlar Argentina millisinə, fransızlar isə Mali seçməsinə qalib gəliblər.

Qeyd edək ki, final matçı dekabrın 2-də keçiriləcək.

Xəbər 110 dəfə oxundu.