Azərbaycan hakimləri Avropa Voleybol Konfederasiyasından təyinat alıblar
Azərbaycan Voleybol Federasiyasının (AVF) beynəlxalq dərəcəli hakimləri Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıblar.

Fuad Hacıyev bu gün CEV kubokunun səkkizdəbir final mərhələsinin matçını idarə edəcək. O, qadın voleybolçulardan ibarət Serbiyanın “Zeleznicar” və İtaliyanın “Reale Mutua Fenera” komandaları arasında keçiriləcək görüşdə ikinci hakim olacaq.

Noyabrın 30-da isə Zaur Hacıyev qadın voleybolçular arasında Çağırış kubokunun səkkizdəbir final mərhələsində “Qalatasaray Daikin” (Türkiyə) – “Visbaden” (Almaniya) qarşılaşmasında birinci hakim vəzifəsini icra edəcək.

Xəbər 103 dəfə oxundu.