Dünya Alpaqut Federasiyası Beynəlxalq İdman Şəbəkəsi Təşkilatının üzvlüyünə qəbul edilib
Beynəlxalq İdman Şəbəkəsi Təşkilatı (ISNO) Dünya Alpaqut Federasiyasını (WAF) üzvlüyə rəsmən qəbul edib.

ISNO-nun baş katibi Marko Tomasini Bakıya səfəri çərçivəsində Dünya Alpaqut Federasiyasının rəhbərliyi ilə əməkdaşlıq üçün müzakirələr aparıb.

Görüşdə Dünya Alpaqut Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Emil Rəhimov və İdarə Heyətinin sədri Vasif Namazov iştirak ediblər.

Söhbət zamanı Marko Tomasini ISNO ilə bağlı ətraflı məlumat verib, əməkdaşlıq üçün WAF-ın rəsmi üzvlük sertifikatını Emil Rəhimova təqdim edib.

ISNO üzvlərinə yardım göstərmək məqsədilə İsveçrədə yerləşən idman qurumları tərəfindən yaradılan qeyri-kommersiya təşkilatıdır. Təşkilatın məqsədi idman şəbəkəsi vasitəsilə üzv təşkilatların idarə edilməsinə dəstək olmaqdır.

Xəbər 125 dəfə oxundu.