Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
Azərbaycan boksçuları Qazaxıstanın Karaqanda şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə 4 medal qazanıblar.

Milli üzvləri 5 ölkədən 200-dək idmançının qatıldığı yarışda 2 qızıl, 2 gümüş medal əldə ediblər.

Komandanın heyətində Tamerlan Əlimzanov (57 kq) və İsmayıl Vəliyev (75 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yusif Bəylərovla (54 kq) Səftər Məmmədzadə (+80 kq) ikinci yeri tutublar.

Azərbaycanlı hakim Asif Məmmədov isə yarışın ədalətli referisi seçilib.

Xəbər 152 dəfə oxundu.