Premyer Liqa: "Qarabağ" "Sabah"a qalib gələrək liderliyə yüksəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

İlk oyun günündə bir qarşılaşma baş tutub. Açılış matçında “Qarabağ” “Sabah” klubunun qonağı olub.

“Bank Respublika Arena”da keçirilən oyun Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1. Hesabı 58-ci dəqiqədə "köhlən atlar" açıblar. Toral Bayramov penaltini dəqiq yerinə yetirib. Cəmi iki dəqiqə sonra Nəriman Axundzadə ikinci topu rəqibin qapısından keçirib. 63-cü dəqiqədə "Sabah"ın yarımmüdafiəçisi Cease Sekidika fərqi azaltsa da, meydan sahiblərinin bundan çoxuna gücü çatmayıb.

Bu nəticədən sonra xallarını 29-a çatdıran "Qarabağ" liderliyə yüksəlib. 16 xalı olan "Sabah" isə yeddinci pillədə qalıb.

Qeyd edək ki, turun “Səbail” – “Kəpəz”, “Qəbələ” – “Turan Tovuz” oyunları noyabrın 25-də, “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” matçları isə noyabrın 26-da keçiriləcək.

Xəbər 165 dəfə oxundu.