Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turun oyun cədvəli açıqlanıb | |
Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında III turun oyun cədvəli açıqlanıb. Turun matçları iki gündə – noyabrın 25-26-da keçiriləcək. İlk günün görüşləri “AHF Arena” İdman Kompleksində, növbəti günün qarşılaşmaları isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Qeyd edək ki, iki turdan sonra qadınların yarışına 4 xalla “Qarabağ” başçılıq edir. “Azəryol”, “Kür”, “İdman Akademiyası” və “Bakı” hərəyə iki xalla sonrakı pillələrdə qərarlaşıb. “Gənclər Birliyi”nin aktivində xal yoxdur. Hərəyə 4 xalı olan “Kür” və “Qarabağ” kişilərin çempionatının şərikli lideridir. “Bakı” və “İdman Akademiyası” 2 xalla üçüncü-dördüncü yerləri bölüşdürür. “Azəryol”, “Təhsil” və “Dinamo” hələlik xal qazana bilməyib. III tur Kişilər 25 noyabr 12:00. “İdman Akademiyası” – “Azəryol” 14:00. “Bakı” – “Dinamo” 26 noyabr 16:00. “Kür” – “Qarabağ” Qadınlar 25 noyabr 10:00. “Azəryol” – “İdman Akademiyası” 26 noyabr 14:00. “Kür” – “Bakı” |
|
Xəbər 188 dəfə oxundu. |
|
|