Azərbaycanın FIFA hakimləri “Bavariya”nın oyununa təyinat alıblar
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

UEFA Gənclər Liqasının A qrupunda Almaniyada “Bavariya” və Danimarka “Kopenhagen”i arasında keçiriləcək oyunun baş hakimi olacaq.

E. Məsiyevə Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mikael Baxer (Almaniya) yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 29-da Münhendə təşkil olunacaq.

Xəbər 126 dəfə oxundu.